Bakıda "Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert veriləcək

Bakıda "Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert veriləcək
19:37 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə “Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Milli İncəsənət Muzeyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə keçiriləcək konsertdə BMA-nın tələbələrinin ifasında Azərbaycan və fransız bəstəkarlarının klassik əsərləri səslənəcəkdir.
Musiqi gecəsi mayın 11-də, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında baş tutacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-azerbaycan-ve-fransa-baharinin-sefeqi-adli-konsert-kecirilecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR