Tramp-Lavrov görüşü başa çatdı

Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidenti Donald Tramp arasındakı görüş başa çatıb.

Metbuat.az-ın məlumatına görə, rusiyalı nazir az öncə Ağ Evi tərk edib.

Danışıqlar təxminən bir saat davam edib. Mətbuata qapalı şəkildə keçirilən görüşdə Lavrovu Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak müşayiət edib.

Yaxın saatlarda Tramp-Lavrov görüşünün təfərrüatlarını əks etdirən yazılı bəyanat yayımlanacaq.

Qeyd edək ki, Sergey Lavrov Trampdan öncə ABŞ dövlət katibi Reks Tillersonla bir araya gəlib. Onlar Suriya və Ukrayna məsələlərini müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR