Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyi qeyd olundu

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyi qeyd olundu
20:08 10 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.

Əvvəlcə Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlətimizin başçısının Sərəncamı oxundu.

Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim etdi.

Nəriman Həsənzadə çıxış edərək Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirdi.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olundu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.

Vasim Məmmədəliyev çıxış edərək mükafata görə təşəkkürünü bildirdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/198285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR