"Porsche"si daşa basıldı - FOTO

"Porsche"si daşa basıldı - FOTO
20:12 10 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo azarkeşlərin təzyiqinə məruz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun maşını "Enfild" stadionunun yaxınlığındakı dayanacaqda daşa basılıb.

Nəticədə 24 yaşlı futbolçunun "Porsche Cayenne" markalı avtomobilinin qabaq hissəsi əzilib, yan şüşəsi qırılıb. Ehtimal edilir ki, klubun bəzi fanatları Koutinyonun "Barselona"ya keçməyə razılıq verməsinə etiraz olaraq bu addımı atıblar.

Britaniya mətbuatının yazdığına görə, Braziliya millisinin oyunçusu bu yay Kataloniya klubuna keçəcək. Bu transfer üçün "Liverpul"un "Barselona"dan 90 milyon avro təzminat tələb etdiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR