Hacıqabulda narkotik satanlar saxlanıldı

Hacıqabulda narkotik satanlar saxlanıldı
20:19 10 May 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabul polisi narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsi və satışına görə 3 nəfər saxlayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 9 may tarixində Hacıqabul rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabul rayon sakini, Mikayılov Zaur Azad oğlundan kibrit qutularına qablaşdırılmış ümumi çəkisi 39,06 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılan istintaq tədbirləri çərçivəsində məlum olub ki, Z.Mikayılov həmin narkotik vasitəni 200 manata

 

Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Abasov Əli Mirzağa oğlundan, o, isə öz növbəsində narkotik vasitəni Şirvan şəhəri sakini, 1979-cu il təvəllüdlü Məmiyev Elşən Soltan oğlundan 180 manata alıb.

 

E.Məmiyev saxlanılarkən onun üzərindən 4 ədəd kibrit qutusunda ümumi çəkisi 20,8 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. O da müəyyən olunub ki, Məmiyev Elşən Soltan oğlu bu ilin mart ayının sonlarından yaşadığı Kür çayının sol sahilində yerləşən meşə massivində 10 ədəd çətənə kolunu qanunsuz olaraq əkib becərilməsi ilə məşğul olub.

 

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR