"Barselona" onu geri qəbul etmədi

"Barselona" onu geri qəbul etmədi
20:27 10 May 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un futbolçusu Dani Alveş ötən qış sabiq komandası "Barselona"ya qayıtmaq istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Bildirilir ki, ötən ilin yayında "Barsa"dan Turin təmsilçisinə transfer olunan braziliyalı müdafiəçi İtaliyada yaşamağa çətinlik çəkib və qış transfer dönəmində Kataloniya klubuna qayıtmaq istəyib. Lakin "Barselona" onun bu istəyini rədd edib.

Qeyd edək ki, D.Alveş 2008-2016-cı illərdə "Barselona"da çıxış edib.

Maraq üçün bildirək ki, 34 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsində "Monako" ilə oyunlarda vurulan hər 4 qolda iştirak edib. Ötən gecə keçirilən cavab oyununda baxımlı qola imza atan futbolçu digər 3 qolun ötürməsini edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR