Xuraman Şuşalı ailə sirrini açdı: "İndiyədək bunu ərimin üzünə vurmuram..."

Xuraman Şuşalı ailə sirrini açdı: "İndiyədək bunu ərimin üzünə vurmuram..."
20:37 10 May 2017
3298 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalı həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, yeniçağ.az- a açıqlama verən müğənni həyat yoldaşının ona tez-tez hədiyyələr etdiyini də bildirib:

"Həyat yoldaşımın qazancı mənimkindən azdır, amma az da qazansa həmişə mənə bahalı hədiyyələr alır. Bir dəfə mənim portretimi çəkdirmişdi, azı 500 manat qiyməti vardı. Hansı ki, onun maaşı heç o qədər deyildi".

"Ailə quranda bilirdim ki, kimə ərə gedirəm. Pul əl çirkidir, cibdə qalmır. Biz evlənəndən sonra yoldaşım işdən çıxdı və bir müddət bekar qaldı. Amma mən bir dəfə bunu onun üzünə vurmadım. Çünki heç kim başına nə gələcəyini bilmir. Sabah qarşındakının şansı elə gətirər ki, ona möhtac olarsan. Mən həmişə ailə qurmayan qızlara deyirəm ki, ürəyində Allah sevgisi və qorxusu olan insanla ailə qurun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR