Terror təşkilatı Türkiyə sərhədindən geri çəkilir

Terror təşkilatı Türkiyə sərhədindən geri çəkilir
20:38 10 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

PYD (PKK terror təşkilatının Suriya qolu) terror təşkilatının Türkiyə sərhədinin yaxınlığında yerləşən Tel Rıfat mahalı və ətrafından çəkilməsi üçün ABŞ-la aparılan danışıqlar yekunlaşmaq üzrədir.

Publika.az xəbər verir ki, bu haqda Azad Suriya Ordusuna daxil olan “Mutasım Tuqayı”nın sözçüsü Mustafa Seyceri “Anadolu” agentliyinə deyib.

PYD bölgəni ABŞ-ın dəstəklədiyi və Azad Suriya Ordusunun tərkibində olan qruplardan birinə təhvil verməyə hazırlaşır. O, danışıqların təxminən 3 aydır davam etdiyini bildirib.

Qeyd edək ki, Hələb şəhərinin şimalındakı Tel Rıfat Türkiyə sərhədindən 18 kilometr uzaqlıqdadır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR