İtaliyadan kritik "Şengen" qərarı -

11-13 may tarixlərində İtaliyanın Bari şəhərində G-7 ölkələrinin Maliyyə nazirlərinin görüşü keçiriləcək. G-7-yə daxil olan ölkələrin prezidentləri isə 26-27 mayda Siciliya adasında yerləşən Taormina şəhərində bir araya gələcəklər.

Metbuat.az-ın məlumatına görə, sözügedən görüşlər səbəbindən İtaliya 10-30 may tarixləri aralığında "Şengen" anlaşmasının şərtlərinin tətbiqini müvəqqəti olaraq dayandıracaq. Beləliklə, 20 gün ərzində İtaliyaya giriş-çıxışı zaman sərhəd və gömrük nəzarəti həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR