Braziliyalı məşhur futbolçunun "Porşe"sini daşladılar - FOTOLAR

Braziliyalı məşhur futbolçunun "Porşe"sini daşladılar - FOTOLAR
21:03 10 May 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

“Liverpul”un futbolçusu Felipe Koutinyonun avtomobilinin şüşələri sındırılıb.

Publika.az xəbər verir ki, komandanın azarkeşləri yarımmüdafiəçinin mövsümün sonunda “Barselona”ya transfer olunacağıyla bağlı xəbərlərə aqressiv reaksiya göstəriblər.

Fanatlar braziliyalı futbolçunun 60 min funt-sterlinq dəyərindəki “Porşe” markalı avtomobilinə zərər yetiriblər. Bu barədə məlumatı İspaniyanın “El Mundo Deportivo” nəşri yayıb. Xəbərdə azarkeşlərin Koutinyonun avtomobilinin şüşəsini daşla sındırdıqları qeyd edilib.

Azarkeşlərin hücumu zamanı Koutinyo avtomobildə olmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR