Tanınmış azərbaycanlı aktrisa: "6 ay xəstəxanada yatdım..." - FOTO

Tanınmış azərbaycanlı aktrisa: "6 ay xəstəxanada yatdım..." - FOTO
21:12 10 May 2017
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa, əməkdar artist Hicran Nəsirova sənətdəki dostluqlardan danışıb.

O Milli.Az-a bir çox etiraflar edib:

"Mənim elə sənət dostlarım olub ki, onlarla münasibətimi kəsmişəm. Sonradan barışmışam, amma yenə də münasibətimiz kəsilib. Başa düşmüşəm ki, bu insanla dostluq etmək düzgün deyil. Sənət aləmində mənim barmaqla sayılacaq qədər dostlarım var ki, onlardan biri də Məleykə Əsədovadır. O çətin günün dostudur. Ən çətin anlarda kiminsə yadına düşməyəndə Məleykə xanımın yadına düşürəm. Mən 6 ay xəstəxanada yatanda hər gün axşam saat 10-da zəng edib, 12-yə kimi mənimlə danışırdı. Məleykə xanımın sənəti kimi özü də gözəl insandır. Biz teatrda da eyni otağı paylaşırıq, bir çox tamaşalarda oynamışıq. Məleykə xanım mənim evimə, mən də onun evinə gedib-gəlirəm", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/541807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR