"Kəpəz"dən 3 transfer - RƏSMİ

"Kəpəz"dən 3 transfer   - RƏSMİ
21:17 10 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz” heyətinə yeni futbolçular qatıb. Fanat.Az Gəncə klubunun saytına istinadən xəbər verir ki, müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqov gələn mövsümdən sözügedən komandada top qovacaq.



 Hər 3 futbolçu 1 illik sözləşməyə qol çəkib. 

 

“Kəpəz” bundan öncə öz futbolçuları ilə müqavilələri uzatmışdı. Belə ki, Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevin müqaviləsinin müddəti artırılmışdı.

 

Qeyd edək ki, Gəncə təmsilçisi əvəzində Tural Axundov, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla yolları ayırıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotdn-3-transfer-t57982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR