Məşhur musiqiçinin vəfatının səbəbi məlum olub

Məşhur musiqiçinin vəfatının səbəbi məlum olub
21:32 10 May 2017
Ölkə mətbuatı
A- A+

Məşhur italiyalı musiqiçi Robert Maylsın vəfatının səbəbi açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.

Məlumata əsasən, 47 yaşlı Robert Mayls xərçəng xəstəliyindən əziyyət çəkirmiş. "Robert Mayls son doqquz ay ərzində xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib", qəzet yazıb.
 
R. Mayls ötən gün İspaniyanın İbitsa şəhərində vəfat edib. Əsl adı Roberto Konçina olan musiqiçi 1995-ci ildə "Children" mahnısı ilə məşhurlaşıb. Kompozisiya bir neçə həftə ərzində dünya hit-paradlarına başçılıq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR