15 avtomobili qarət edən dəstə zərsizləşdirilib - VİDEO

15 avtomobili qarət edən dəstə zərsizləşdirilib - VİDEO
21:37 10 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobillərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib. Məhəmməd Əsgərov Binəqədi rayon polis idarəsinə müraciət edib ki, gecə avtomobilinin şüşəsini qırıb içindən 2 ədə mobil telefon və dəyəri bahalı olan iki ədəd mobil nömrə oğurlamaqla ona 2375 manat məbləğində ziyan vurublar.

Milli.Az bildirir ki, Təhlükəsiz Şəhər Xidməti və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu işdə şübhəli bilinən Bakı şəhər sakinləri Eldar Balışov, Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub, daha 2 nəfər isə müəyyən edilib. İşin istintaqını aparan müstəntiq Mehman Ələsgərovun sözlərinə görə, adı çəkilən şəxslər yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon və tütün məmulatı oğurlayıblar.

Əldə olunan qiymətli əşyaları isə satıb 3 nəfər arasında bölüblər. Saxlanılanlardan Eldar Balışovun sözlərinə görə, Raminlə Nicatı əvvəldən tanısa da onun bu cinayətlərdən xəbəri olmayıb.

Polisdən onu da bildirdilər ki, Eldar Balışov, Nicat Ələkbərov və Ramin Cəbrayılov ümumilikdə vətəndaşlara 7-8 min manata yaxın ziyan vurublar. Qeyd edək ki, saxlanılanlardan Raminlə Eldar əvvəllər də eyni cinayət əməlinə görə məhkum ediliblər. Faktla bağlı onlar barəsində Binəqədi rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq davam edir. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/543500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR