Qeyri-adi görünüşlü musiqi alətləri - VİDEO

Qeyri-adi görünüşlü musiqi alətləri - VİDEO
21:42 10 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Qırıcı təyyərə formasında kaman, qumbara formalı tar, boş gilizlərdən düzəldilmiş qaval.

Milli.Az bildirir ki, bu qeyri-adi musiqi alətlərini Cəlilabadın Hacıcavad kənd sakini Adil əmirov düzəldib. Onun ərsəyə gətirdiyi alətlər görünüş baxımından müxtəlif silah-surastları xatrıladır. Kamanın ön hissəsini qırıcı təyyarəyə bənzətməklə yanaşı, alt hisssələrində raketləri xatırladan maketlər də əlavə edib. Adil əmirov qavalın hazırlanmasında isə boş patron gilizlərindən istifadə edib. Ustanın sözlərinə görə, musiqi alətlərinə əlavə olunmuş bu forma səsi daha da ecazkarlaşdırır.

Tarın bir hissəsi qumbara, simləri tənzimləyən başlıq hissə isə tapança formasındadır.

Adil Əmirov deyir ki, musiqi alətlərini silah sursat formasında düzəltməklə dünyaya yalnız bir mesaj vermək istəyir: "Silahlardan qırğınlar törətmək üçün deyil, sülh üçün istifadə olunsun!" O, hətta yazdığı bu şüarı musiqi alətlərinin üzərindən də asıb.
Ömrünü musiqi alətləri düzəltməyə həsr edən usatad bu alətlərdə ifa etməyi də bacarır.

Dəfələrlə sərgilərdə nümayiş etdirilən bu musiqi alətləri həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olub. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR