Əmlak verigisi necə hesablanmalıdır? - VİDEO

Əmlak verigisi necə hesablanmalıdır? - VİDEO
22:05 10 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Evin yaşayış sahəsi 46,7 kvadratmetr olduğu halda vətəndaşdan 69,3 kvadratmetrin pulu tələb edilir.

Nizami rayonu Bəhruz Nuriyev küçəsi 42 ünvanında yaşayan Fəxrəddin İsgəndərova həmin rayonun bələdiyyəsi tərəfindən göndərilən tədiyyə bildirişi onun narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, ev sahibi bildirir ki, hətta yeni aldığı çıxarışdada yaşayış sahəsi kimi cəmi 46,7 kvadratmetr qeyd edilib. Yəni, onun hesablamasına görə, illik 15,40 qəpik yox, 6,70 qəpik ödəməlidir.

Ele eyni binada yaşayan Mustafa Rzayev isə bildirir ki, pensiyada olmasına baxmayaraq onun sahibi olduqu mənzil üçündə hər il ünvanına tədiyyə bildirişi göndərilir.

Nizami rayon bələdiyyəsinin vergi şöbəsinin müdiri İlham Mirzəyev isə deyır ki, vətəndaşa göndərilən bildirişdə yazılan məbləğ evin ümumi sahəsinə görə hesablanıb. Bu isə qanunvericiliyin tələbidir.

Əgər eyvan üçündə vergi ödənişi tələb edilibsə vətəndaş çıxarışla birlikdə bələdiyyə orqanına gələrək həmin hissəsinin ödənişini ləğv elətdirə bilər.

Əmlak sahibi pensiyada olduqda isə hər il ona 30 manatlıq güzəşt olunur.Əgər illik vergi 30 manatdan aşağıdırsa əmlak sahibi hər il çıxarışın , şəxsiyyət vəsiqəsinin və mənzilin çıxarışının kopyasını təqdim etməklə bu vergidən azad oluna bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Əmlak verigisi necə hesablanmalıdır?


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR