Azərbaycanlı aktyor canlı yayımda niyə qəhərləndi? - VİDEO

Azərbaycanlı aktyor canlı yayımda niyə qəhərləndi? - VİDEO
22:12 10 May 2017
Ölkə mətbuatı
A- A+

"Mən bina evində birinci mərtəbədə yaşayıram. Evin qarşısında bir bağça qurmuşam. Yorulanda, hər şeydən sıxılanda, bezəndə düşürəm orada gül əkirəm, çay içirəm, dincəlirəm. Torpaq bütün yorğunluğumu, mənfi enerjini özünə çəkir". Milli.Az bildirir ki, bunu Ailem.az-a müsahibəsində əməkdar artist, Dövlət Pantomima Teatrının aktyoru və rejissoru Bəhruz Vaqifoğlu bildirib. O, torpağa sevgisinin də təsadüfi olmadığını deyir.

Zəngilan rayonunda anadan olan aktyor müharibə illərini də xatırlayır: "Müharibəni heç vaxt unutmaram. İnsanın ən böyük problemi unutmaqdır. Amma Zəngilanı, müharibəni heç unuda bilmərəm. Mənim uşaqlığım şəhid oldu, mən uşaqlığımı görməmişəm. Fikrimdə, xatirələrimdə həddindən artıq çox şey qalıb. Yuxumda tez-tez rayondakı evimizi görürəm. Biz köçkün düşəndə 13 yaşım var idi, 5-ci sinifdə oxuyurdum. Çox çətin idi".
 
Əməkdar artist müharibəni, anadan olduğu torpağı yaradıcılığında da unutmur. B. Vaqifoğlu bu mövzuda tamaşa da səhnələşdirib: "Pantomima Teatrında "Unutmayaq" adlı tamaşa qurdum. Fransa və Almaniyada premyerası oldu. Erməni obrazını özüm oynadım. Aktyor dostlarımız bu rolu niyə onlara vermədiyimi soruşdular. Dedim, mən sənə deyə bilmərəm ermənini necə görürəm. Ona görə mən bu rolu özüm oynamalıyam ki, o şeylər məndən uzaqlaşsın. Çox məşq etmişdik. Tamaşanı elə oynadım ki, sonda alqışa çıxa bilmədim, qəhər məni çox boğmuşdu, heç dayana bilmirdim (qəhərlənir, kövrəlir.) Bilmirəm mən rayonda qalsaydım nə olardım. Hər zaman deyirəm ki, yaradıcı adamın mütləq bir dərdi olmalıdır. Hər şey onun üzərində böyüyür. Yaradıcı insan dərdindən qaçmalı deyil. Onun içərisinə girməlidir ki, oradan bütövləşsin. Müharibəni, o hadisələri andıran nələrsə olanda düşürsən o əhvala. İnsanlıq baxımından da biz onu unutmalı deyilik". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı aktyor canlı yayımda niyə qəhərləndi?


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/543273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR