Neftçalada gənc oğlan şüşə parçası ilə bədəninə xəsarətlər yetirib

Neftçalada gənc oğlan şüşə parçası ilə bədəninə xəsarətlər yetirib
22:27 10 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 10 may. REPORT.AZ/ Neftçalada qəsəbə sakini şüşə parçası ilə bədəninə xəsarətlər yetirib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 32 yaşlı Balakişi Bəhram oğlu Babayev sağ çiynini, kürəyini və bədəninin digər yerlərini şüşə ilə doğrayaraq özünə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcalada-genc-oglan-suse-parcasi-ile-bedenine-xesaretler-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR