Lavrov Vaşinqtondan əliboş qayıdır

Lavrov Vaşinqtondan əliboş qayıdır
23:08 10 May 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı həmkarı Sergey Lavrovla görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya qarşı sanksiyaların saxlanılacağını bildirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib.

“Dövlət katibi Reks Tillerson Ukrayna üzrə Minsk razılaşmalarının tam icrasına ehtiyacın olduğunu vurğuladı. Rusiyaya qarşı sanksiyalar Moskvanın hərəkətləri dəyişməyənə kimi qüvvədə qalacaq”, - Nauertin şərhində deyilir.

Qeyd edilib ki, ABŞ və Rusiya ikitərəfli məsələlərin həlli üzrə müzakirələrin davam etdirilməsi barədə razılaşıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR