Dünyanın ən kök adamı əməliyyat olunub

Dünyanın ən kök adamı əməliyyat olunub
23:52 10 May 2017
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən kök adamı, çəkisi 600 kiloqrama yaxın olan Juan Pedro Franko Meksikada mədəsinin şuntlanması üzrə əməliyyat olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 33 yaşlı Pedro cərrahi müdaxiləyə hazırlıq qismində 3 ay sərt pəhriz saxlayaraq çəkisini 175 kiloqram azaltmağa müvəffəq olmuşdu. Cərrah Xose Kastaneda əməliyyatın uğurla keçdiyini deyib. Onun sözlərinə görə, indi hər şey orqanizmin dəyişikliyə necə reaksiya verəcəyindən asılıdır.

Yerli KİV-lərin məlumatına əsasən, meksikalı 6 ildən artıqdır ki, piylənmə səbəbindən yataqdan qalxa bilmir.

Pedro hələ uşaq vaxtından kökəlməyə başlayıb. Hələ 6 yaşında çəkisi 60 kiloqrama çatan Juan Pedro 17 yaşında keçirdiyi avtomobil qəzasından və ağır pnevmoniyadan sonra sürətlə kökəlməyə başlayıb. O, həkimlərin köməyi ilə normal həyata qayıdacağına inamını itirməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR