İlan 40 yaşlı kişini sancıb

İlan 40 yaşlı kişini sancıb
23:57 10 May 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda qoyun otaran 40 yaşlı kişini ilan sancıb.

Milli.Az bildirir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 17 radələrində əslən Kəlbəcər rayonundan olan, hazırda Qaxın Almalı kəndində yaşayan 1977-ci il təvəllüdlü Yaşar Hüseyn oğlu Həşimov ilan sancma xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

Müayinə zamanı məlum olub ki, 40 yaşlı Yaşar Həşimov kənddə qoyun otaran zaman ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb.
 
Yaşar Həşimova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.
 
Yaşar Həşimovun vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR