Küveytdə ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə anım mərasimi keçirilib

Küveytdə ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibətilə anım mərasimi keçirilib
00:17 11 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə 10 may tarixində Küveytdə anım mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə bu ölkədəki həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, Küveytin siyasi, ictimai xadimlərinin, Azərbaycan səfirliyi əməkdaşlarının və ailə üzvlərinin, Küveyt-Türk məktəbinin müəllim heyətinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak dib.
Səfir Elxan Qəhrəman anım mərasimində çıxış edərək, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrünün və bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Ulu öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açaraq və müasir Azərbaycanın da Heydər Əliyevin şah əsəri olduğu vurğulayıb. Eyni zamanda, SSRİ dağıldıqdan sonra ulu öndərin Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsindən, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edib.
Daha sonra səfir Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi və siyasi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırdı və bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyini vurğulayıb.
Bununla yanaşı, səfirliyimizdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər.
Ulu öndərin həyat və fəaliyyətinə dair məlumatlar Küveyt gəncləri arasında geniş istifadə olunan sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram) yerləşdirilib.
Eyni zamanda Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Nahar” qəzetinin 10 may tarixli buraxılışında Səfir Elxan Qəhrəmanın Ulu öndərin həyat və fəaliyyətinə dair geniş müsahibəsi dərc edilib.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/kuveytde-umummilli-liderin-anadan-olmasinin-94-cu-ildonumu-munasibetile-anim-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR