"451 Hərəkatı" yeni layihə ilə çıxış edəcək

"451 Hərəkatı" yeni layihəyə başlayır.

Metbuat.az xəbər verir ki, "451 Hərəkatı" 13 may tarixindən etibarən “Gənc Molla Nəsrəddinçilər” adlı müzakirə gecələri keçirəcək.

“Metamorfoz” adlı ilk gecə Molla Nəsrəddin jurnalı və həmin dövrün maarifçilərinə həsr olunduğu üçün, müasir dövr Azərbaycan ədəbiyyatı ilə 100 il əvvəlin ədəbiyyatının müqayisəsi, hazırkı ədəbiyyatın gənclərə nələr verdiklərini və s. mövzular ətrafında suallarınızı müzakirənin qonağı cavablandıracaq.

Müzakirə saat 19.00-da başlayacaq, layihənin rəhbəri Rukiyyə Tağısoydur.

Qeyd edək ki, "451 Hərəkatı" Kamal Akenin rəhərliyi ilə aprel ayında ölkənin ən böyük kitab festivalını keçirməklə böyük səs küy yaradıb.

"451 Hərəkatı" 2016-cı ildə Kamal Aken tərəfindən yaradılıb, ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır.

Məkan: Elitar Akademiya
Ünvan: Şamil Əzizbəyov küç.86, 3-cü mərtəbə. (Nizami metrosu, Xarici işlər Nazirliyinin arxası)
Əlaqə:
Tel: +(994 70) 621-90-91
E-poçt: rukiyye.tagisoy@mail.ru

facebook.com/451herekati

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR