Tanınmış teleaparıcı özünü ərinin ölümündə günahkar sayır - FOTO

Tanınmış teleaparıcı özünü ərinin ölümündə günahkar sayır - FOTO
01:03 11 May 2017
238 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış teleaparıcısı, tatar əsilli Roza Sabitova maraqlı etiraflar edib.

Publika.az xəbər verir ki, məşhur “Gəl evlənək” verilişinin aparıcısı hələ tələbəykən abort etdirdiyini, sevgilisinin dostuna ərə getdiyini etiraf edib. Sabitovanın bu nikahdan 2 övladı var. O, həmçinin boynuna alıb ki, özünü 1993-cü ildə infarktdan dünyasını dəyişmiş ərinin ölümündə günahkar sayır.

Onun fikrincə, ərinin qəfil ölümünə səbəb sevgi yetərsizliyi ola bilər: “Ona layiq olduğu sevgini verə bilmədim. Çünki onu sevmədən ərə getmişdim. Tatar mentalitetinə görə, toydan öncə hamilə qalmış qızı heç kim almaz. Mən abort etsəm də, bakirə olmadığımı gizlədə bilməzdim. Məni aldadan sevgilimin dostu hər şeyi qəbul etdi. Mənsə ona öz sevgimlə təşəkkür edə bilmədim”.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR