Oğlu tərəfindən bıçaqlanan Astara sakini öldü

Oğlu tərəfindən bıçaqlanan Astara sakini öldü
01:05 11 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Astarada bir neçə gün bundan öncə oğlu tərəfindən bıçaqlanan kişi ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Astara şəhəri Nizami küçəsində oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri yetirilən, sonra bıçaqlanan Dadaşov Fərhad Xəlil oğlu bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
 
Qeyd edək ki, hadisə mayın 8-də baş verib. F. Dadaşov oğlu Xəlil Dadaşov arasında pul üstündə mübahisə baş verib, bu zaman oğul atasını bıçaqlayıb.
 
Xəlil Dadaşov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR