"Arsenal" "Sauthempton"u məğlub edərək 5-ci pilləyə yüksəlib

"Arsenal" "Sauthempton"u məğlub edərək 5-ci pilləyə yüksəlib
01:12 11 May 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ "Arsenal" İngiltərə Premyer Liqasının 26-cı turunun təxirə salınmış oyununda "Sauthempton"u məğlub edib.
"Report" xəbər verir ki, görüş Sauthemptondakı "Sent-Meri" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Müqəddəslər" turnirin ardıcıl beşinci oyununda qalib gələ bilməyiblər. Matçda qolları Aleksis Sançes (60-cı dəqiqə) və Olivye Jiru (83) vurub.
"Arsenal" (66 xal) bu qələbə sayəsində turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib və dördüncü yerdə gedən "Mançester Siti"dən 3 xal geri qalır. "Sauthempton" 42 xalla 10-cudur.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/arsenal-sauthempton-u-meglub-ederek-5-ci-pilleye-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR