Yevlaxda qəza baş verib, "VAZ" yanıb

Yevlaxda qəza baş verib, "VAZ" yanıb
01:43 11 May 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-Yevlax yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı-Yevlax yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində “VAZ”, “MERCEDES” və “NİVA” markalı minik avtomobillərinin toqquşması məticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 22:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2752318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR