Premyer Liqa:

İngiltərə Premyer Liqasında 26-cı turdan təxirə salınmış görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Sauthempton" "Arsenal"ı qəbul edib.

Hesab 60-cı dəqiqədə açılıb. Aleksis Sançes Məsut Özilin ötürməsini qola çevirib. 83-cü dəqiqədə fərqlənən Olivye Jiru isə yekun hesabı müəyyənləşdirib.

İngiltərə Premyer Liqası

26-cı tur

"Sauthempton" - "Arsenal" - 0:2

Qollar: Sançes, 60, Jiru, 83

35 oyuna 66 xal toplayan "Arsenal" 5-ci sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR