UEFA "Yuventus" - "Monako" oyununu araşdırır

Çempionlar Liqasının yarımfinalı çərçivəsində "Yuventus" və "Monako" komandaları arasında oynanılan matç haqqında araşdırma başlayıb.

Metbuat.az-ın məlumatına görə, UEFA stadion pilləkənlərinin dolu olması səbəbindən "Yuventus"u cəzalandırmağı planlaşdırır. Eyni zamanda fanatları qadağa qoyulmuş pirotexniki maddələrdən istifadə etdiklərinə görə "Monako"nu da cərimə gözləyir.

UEFA yekun qərarını iyun ayının 20-də açıqlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR