Ana meymun balası üçün göz yaşı tökdü

Ana meymun balası üçün göz yaşı tökdü
02:18 11 May 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Ana meymun huşunu itirən balası üçün ağladı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib. Qucağında balası olan ana meymunun ağladığı kadrları isə 31 yaşlı fotoqraf Avinaş Lodhi çəkib.

“Bu şəkil mənim ürəyimə toxundu. Karyeram boyunca belə bir şey görməmişdim” - deyə, A.Lodhi bildirib.

Onun sözlərinə görə, şəkli çəkəndən sonra digər meymunlar da ana meymunun başına toplaşıb. Bala meymun isə bir neçə dəqiqə sonra ayılıb.

Fotoqraf şəkli çəkdiyi anı belə təsvir edir:

“Hər şey o qədər sürətli baş verdi ki, nə olduğunu anlaya bilmədim. Başa düşəndən sonra isə 1 saat özümə gələ bilmədim, heç nə danışmadım. Belə bir ana tez-tez rast gəlmirik”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR