"Forbes" planetin ən varlı rep ifaçılarının reytinqini açıqlayıb

"Forbes" planetin ən varlı rep ifaçılarının reytinqini açıqlayıb
02:57 11 May 2017
97 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ "Forbes" jurnalı 2017-ci il ərzində ən varlı hip-hop ifaçılarının yer aldığı reytinqi açıqlayıb.
"Report" xəbər verir ki, reytinqdə birinci yeri son beş ildir ki, "Diddy" ləqəbi ilə çıxış edən Şon Kombs tutur.
Onun varidatı 820 milyon dollar dəyərində qiymətləndirilib. Bununla belə reperin reytinqdəki əsas rəqibi "Jay Z" (Şon Karter) birinci yerdən cəmi 10 mln. dollar geri qalır. Üçüncü pillədə dinləyicilərin "Dr. Dre" kimi tanıdığı Andre Yanq qərarlaşıb. Onun varidatı 740 mln. dollar dəyərindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/forbes-planetin-en-varli-rep-ifacilarinin-reytinqini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR