Suriyada İŞİD-in silah anbarı partlayıb, azı 20 nəfər ölüb

Suriyada İŞİD-in silah anbarı partlayıb, azı 20 nəfər ölüb
03:42 11 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Suriyada İŞİD terror qruplaşmasına məxsus döyüş sursatı anbarında baş verən partlayış nəticəsində azı 20 nəfər həyatını itirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Bildirilir ki, terrorçuların Deyr-əz-Zor əyalətində döyüş sursatı anbarı kimi istifadə etdikləri evdə çərşənbə günü axşam üç partlayış baş verib.
Nəticədə 15 ev dağılıb, bir neçə avtomobil yararsız vəziyyətə düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-i-si-d-in-silah-anbari-partlayib-azi-20-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR