Çində zəlzələ nəticəsində 8 nəfər ölüb, 11-i yaralanıb

Çində zəlzələ nəticəsində 8 nəfər ölüb, 11-i yaralanıb
05:32 11 May 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində 8 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, 5,5 bal gücündə zəlzələ cümə axşamı Sintszyan-Uyğur muxtar dairəsində qeydə alınıb.
Zəlzələnin episentri Kaşqar perfekturasının dairənin uzaq Taksorqan rayonu ərazisinə düşüb. Yeraltı təkanların ocağı yerin 8 km. dərinliyində yerləşib.
Bir sıra binaların divarları zərər çəkib və ya dağılıb. Ölənlər barədə məlumatlar daxil olmaqdadır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-zelzele-neticesinde-8-nefer-olub-11-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR