Hindistanda toy zamanı divar uçub, 23 nəfər ölüb

Hindistanda toy zamanı divar uçub, 23 nəfər ölüb
05:57 11 May 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Hindistanın Racastxan ştatında yerləşən mərasim zalında toy zamanı divar uçub. Nəticədə azı 23 nəfər ölüb, təqribən 30 nəfər xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti yazıb.
Məlumata görə, faciəyə toz dumanı səbəb olub. Dağıntılar altında daha bir neçə nəfərin qalma ehtimalı var. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Yaralılar xəstəxanalara göndərilib. Onların bəzilərinə ciddi travma diaqnozu qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-toy-zamani-divar-ucub-23-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR