Toyda faciə - 23 ölü, 28 yaralı

Toyda faciə - 23 ölü, 28 yaralı
05:59 11 May 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda binanın divarının uçması nəticəsində 23 nəfər ölüb, 28 nəfər  xəsarət alıb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Racastxan ştatının Bharatpur rayonunda toy məclisində qeydə alınıb.

 

İlkin məlumata əsasən, uçquna qəflətən başlayan qum fırtınası səbəb olub. Hadisə nəticəsində 11 kişi, 8 qadın və 4 uşaq ölüb. Xəsarət alan 28 nəfərin vəziyyəti barədə məlumat verilmir. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hadisə yerində xilasedici əməliyyat davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR