Çində GÜCLÜ ZƏLZƏLƏ - 8 nəfər öldü, 10-larla bina dağıldı

Çində GÜCLÜ ZƏLZƏLƏ - 8 nəfər öldü, 10-larla bina dağıldı
07:43 11 May 2017
150 Dünya
Ölkə mətbuatı
A- A+

Çində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Sincan Uyğur Muxtar Rayonunda qeydə alınıb.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. Zəlzələ dağıntılara səbəb olub. Ayrı-ayrı yerlərdə evlərin divarlarında çatlar yaranıb. Bəzi evlərin divarları uçub. Azı 180 binanın tam və yaxud qismən dağıldığı bildirilir.

Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR