Yevlaxda zərcirvari qəza: VAZ-2107 yanıb - FOTO

Yevlaxda zərcirvari qəza: VAZ-2107 yanıb - FOTO
07:52 11 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Bakı-Yevlax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "VAZ", "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə zamanı Kəlbəcərdən olan məcburi köçkün Etibar İsayev idarə etdiyi "VAZ-2107" markalı avtomobil "Mercedes"ə dəyib, ona isə arxadan gələn və dövlət qeydiyyat nişanı olmayan "Niva" çırpılıb.
Nəticədə "VAZ-2107" yanmağa başlayıb və tam olaraq yararsız hala düşüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb. Digər avtomobillər yanğından mühafizə olunub. Avtomobillərdə olan sərnişinlər həyəcan keçirdiklərindən onlara təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən hadisə yerində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR