Ən güclü smartfonların REYTİNQİ

Ən güclü smartfonların REYTİNQİ
07:57 11 May 2017
Ölkə mətbuatı
A- A+

"AnTuTu" resursunun ekspertləri dünyanın ən güclü smartfonlar onluğunu tərtib ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, birinci yeri "iPhone 7 Plus" modeli tutaraq bu yaxınlarda buraxılan "Samsung Galaxy S8" və "Samsung Galaxy S8 Plus" smartfonlarını geridə qoyub.

"AnTuTu" servisində "Apple" şirkətinin istehsalı olan "iPhone 7 Plus" 177 min bal toplayıb. Smartfon bir neçə aydır lider mövqedə qərarlaşıb. Cənubi Koreya istehsalçısının qabaqcıl "Samsung Galaxy S8" və "Samsung Galaxy S8 Plus" smartfonları eyni nəticə (172 min 600 bal) ilə ikinci və üçüncü pillədə yer alıb.

Bundan başqa, dünyada ən güclü smartfonlar beşliyinə 171 min bal toplayan "iPhone 7" daxil olub. Sonrakı yerləri "OnePlus 3", "LeEco Le Pro 3" kimi qurğular tutub.

Onluqda, həmçinin "LeEco Le Max 2", "ZTE Axon 7", "Asus ZenFone 3" yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/543369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR