Bu cihaz insanları xilas edəcək

Bu cihaz insanları xilas edəcək
08:05 11 May 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ən yaxşı üzgüçü belə suda boğula bilər. Buna görə "Ploota" startapının  tərtibatçıları tərəfindən təqdim edilmiş yeni eyni adlı cihaz istifadəçilərin boğulmasına imkan verməyəcək. Buna oxşar cihazlardan fərqli olaraq, "Ploota" təhlükəsizlik yastıqlarını boyun səviyyəsində açır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz, hətta aktivləşdirilməmiş vəziyyətdə istifadəçinin təhlükədə olduğunu müstəqil müəyyənləşdirə bilir: xüsusi sensor üzgüçünün suyun altında olduğu vaxta nəzarət edir və o, 30 saniyədən sonra suyun üzərinə çıxmadıqda təhlükəsizlik yastıqları açılır. Sözügedən qurğu, həmçinin üzgüçünün problemlə üzləşdiyini və ya sadəcə, suyun altında nəfəsini yaxşı saxladığını müəyyənləşdirə bilir.

İstifadəçilər huşsuz vəziyyətdə olduqda belə "Ploota" cihazı onları suyun üzərinə qaldıracaq və 6 saatadək suyun səthində saxlayacaq.

İndi istənilən şəxs "Kickstarter" platformasında 55 dollar məbləğində olan bu cihazı ilkin sifariş edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR