Toyda FACİƏ - Restoranın divarı uçdu, 23 nəfər öldü

Toyda FACİƏ - Restoranın divarı uçdu, 23 nəfər öldü
08:13 11 May 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Racastxan ştatında yerləşən mərasim zalında toy zamanı divar uçub. Nəticədə azı 23 nəfər ölüb, təqribən 30 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, faciəyə toz dumanı səbəb olub. Dağıntılar altında daha bir neçə nəfərin qalma ehtimalı var. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Yaralılar xəstəxanalara göndərilib. Onların bəzilərinə ciddi travma diaqnozu qoyulub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR