“Apple”ın dəyəri Rusiyanın 100 böyük şirkətindən çoxdur

“Apple”ın dəyəri Rusiyanın 100 böyük şirkətindən çoxdur
08:32 11 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Apple" korporasiyasının bazar dəyəri ilk dəfə olaraq 800 milyard dolları aşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mayın 8-də birjada aparılan ticarət əməliyyatları zamanı texnoloji korporasiyanın bir səhminin dəyəri 153,44 dollara çatıb. Hazırda dövriyyədə 5,214 milyard ədəd səhmi var. Beləliklə, "Apple"ın ümumi bazar dəyəri 800 milyard dollar həddini keçib. Eyni gün NASDAQ birjasının qapanışında "Apple" səhmlərinin dəyəri 153,01 dollar təşkil edib, şirkətin kağızları günü 2,7% yüksəlişlə başa vurub.
 
"Drexel Hamilton" analitiki Brayan Uayt bildirib ki, "Apple" səhmlərinin dəyəri 12 ay ərzində 202 dollara qədər bahalaşa bilər. Əgər onun proqnozu özünü doğruldarsa, korporasiyanın bazar dəyəri 1 trilyon dolları ötəcək.
 
2017-ci maliyyə ilinin II rübündə "Apple"ın xalis mənfəəti 4,9% artaraq 11,03 milyard dollar olub. Xalis gəlir isə 4,6% artaraq 52,9 milyard dollar təşkil edib. Lakin II rübdə "iPhone" satışları 0,84% azalaraq 51,19 milyon ədəd olub. Xidmət seqmentində şirkətin gəliri 17,3% yüksələrək 7,04 milyarda çatıb.  
 
Müqayisə üçün qeyd edək ki, Rusiyanın ən dəyərli şirkəti "Rosneft"in bazar dəyəri 70 milyard dollara yaxındır. Rusiyanın 100 ən böyük və birjaya açıq şirkətinin ümumi dəyəri isə ötən il təxminən 700 milyard dollar təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR