Avropa Liqasında finalçılar müəyyənləşir

Avropa Liqasında finalçılar müəyyənləşir
08:48 11 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Publika.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

İlk qarşılaşmaların nəticələrinə əsasən "Mançester Yunayted”lə "Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada "Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə "Lion”u darmadağın edib - 4:1.

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.

Avropa Liqası. Yarımfinal, cavab oyunları

11 may

23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 1:0

23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya)

Baş hakim: Şimon Martsinyak (Polşa)

İlk oyun – 1:4


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR