Ata ilə çox oynamaq uşağı daha ağıllı edir

Ata ilə çox oynamaq uşağı daha ağıllı edir
08:52 11 May 2017
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər bu qənaətə gəliblər ki, ata uşağı ilə nə qədər çox vaxt keçirsə, bu, uşağın intellektinə daha çox müsbət təsir edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hətta körpə uşaqla oynamaq belə uşağın daha ağıllı olmasına təkan verir.
 
Mütəxəssislər eksperiment üçün 128 atanı müşahidə altına alıb. İki il çəkən müşahidə zamanı uşağın əqli inkişafı diqqətdə saxlanılıb. Ataların uşaqlarla oyuncaqsız oynaması, kitab oxuması və s. səhnələr videolentə alınıb. Sonda bu qənaətə gəlinib ki, ata uşağı ilə nə qədər çox vaxt keçirsə, uşaq bir o qədər tez inkişaf edir, gəzməyi, danışmağı və saymağı öyrənir, rəngləri ayıra bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR