Siçovul 37 yaşlı kişinin ayağını dişlədi - ŞƏKİDƏ

Siçovul 37 yaşlı kişinin ayağını dişlədi - ŞƏKİDƏ
09:18 11 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 37 yaşlı kişinin ayağını siçovul dişləyib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, mayın 10-u saat 23:30 radələrində Şəki şəhəri Fərman Sadıqov küçəsi ev 8 ünvanında yaşayan, 1980-cı il təvəllüdlü Qoşqar Namizəd oğlu Ağaməmmədov sağ ayaq pəncəsinin xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Qoşqar Ağaməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən ot götürmək istəyən zaman siçovul onun ayağını dişləyib.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR