Siçovul Şəki sakinini xəstəxanalıq etdi

Siçovul Şəki sakinini xəstəxanalıq etdi
09:29 11 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 37 yaşlı kişinin ayağını siçovul dişləyib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 10-u saat 23:30 radələrində Şəki şəhəri Fərman Sadıqov küçəsi ev 8 ünvanında yaşayan, 1980-cı il təvəllüdlü Qoşqar Namizəd oğlu Ağaməmmədov sağ ayaq pəncəsinin xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, Qoşqar Ağaməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən ot götürmək istəyən zaman siçovul onun ayağını dişləyib.

 

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR