Salyan avtovağzalının səhmdarlarının yığıncağı keçiriləcək

Salyan avtovağzalının səhmdarlarının yığıncağı keçiriləcək
09:37 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ İyunun 28-də, saat 11:00-da “Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq avtovağzalın yerləşdiyi Salyan şəhəri, Y.Qasımov küçəsi, 3 ünvanında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ildəki fəaliyyətinin yekunlarının müzakirə edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Salyan-Avtovağzal” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 63378 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/salyan-avtovagzalinin-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR