Murad Bozun sevgilsi Aslı Enverin doğum gününə gəlmədi - FOTOLAR

Murad Bozun sevgilsi Aslı Enverin doğum gününə gəlmədi - FOTOLAR
09:48 11 May 2017
159 Şou
Ölkə mətbuatı
A- A+

Murad Boz ayrıldığı deyilən sevgilisi Aslı Enverin doğum günündə iştirak etməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslı Enver dünən baş rolda oynadığı “İstanbullu gəlin” serialının çəkiliş meydançasında həmkarları ilə birlikdə doğum gününü qeyd edib. Aktrisa doğum günündə çəkilən kadrları sosial şəbəkədə paylaşıb və "Neçə yaşının tamam olmasından asılı olmayaraq, uşaq hər zaman oradadır... Bir şarla, bir çiçəklə, bir isti qucaqla... Yaşamaq, yaşa dolmaq və inanmaq gözəldir. Keçmiş 32 ilimi buradan salamlayıram. Özümə qeyd: Yaxşı ki, dogdum, yaxşı ki, varam, yaxşı ki, varsınız" , - deyə qeyd edib.

Doğum günü şənliyində Murad Bozun olmaması xüsusi diqqət çəkib. Xatırladaq ki, Aslı Enver müğənni ilə 1, 5 il sevgili olub. Murad Boz Eser Yenenlerin evində qızlarla birlikdə ziyafətdə iştirak etdiyi üçün aktrisanın ondan ayrıldığı iddia edilmiş, ancaq heç biri konkret bir açıqlama verməmişdi.

Onu da qeyd edək ki, Murad Boz keçən il sevgilisi Aslı Enverin doğum günündə instaqramda ona sevgili dolu romantik təbrik mesajı yazmışdı. Cütlük Burak Özçivitin çəkdiyi "Kardeşim benim" serialının çəkilişlərində tanış olub. B.Özçivit filmin ikinci hissəsinin də çəkiləcəyini elan edib, lakin ayrılan ulduzların filmdə oynayıb, oynamayacağı sual altındadır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR