Hollandiya türk qızı Zeynəbdən danışır - FOTO

Hollandiya türk qızı Zeynəbdən danışır - FOTO
10:03 11 May 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiyada yaşayan əslən türk olan Zeynəb adlı qadın təsadüfi çəkilən foto ilə dünya mediasında məşhurlaşıb.

Publika.az xəbər verir ki, 7 ildir Hollandiyada yerləşən Mərkəzi Muzeydə süpürgəçi işləyən Zeynəb məşhur fotoqraf Kis Vennekendonkun çəkdiyi fotolarla məşhurlaşıb.

Fotoqraf Zeynəbi döşəməni silərkən görüb və ondan şəklini çəkmək üçün icazə istəyib. Bundan sonra 40 şəkil çəkən fotoqraf onları sosial şəbəkədə paylaşıb. Eyni zamanda, fotolara öz sərgisində də yer verib.

"Zeynəbin görünüşü" adlanan fotoya görə Zeynəbə Almaniya və İngiltərədən təkliflər gəlib.

Zeynəb bütün Avropanın diqqətini çəkən 150 ədəd fotoşəkildən ibarət sərgidə yer aldığı üçün xoşbəxt olduğunu deyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR