Azərbaycanda pasportlarla bağlı

Milli Məclisin iclasında “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilib.

Bununla bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Milli Məclisin iclasında pasportlarla bağlı yeganə təklif, diplomatik passport alan şəxslərin ailə üzvlərinə də həmin pasportdan verilməsi məsələsi olub:

“Bu məsələ Milli Məclisin ötən iclaslarından birində təklif olundu. Hesab edirəm ki, bu məqbul deyil. Çünki ailə üzvləri diplomatik səlahiyyətə malik deyillər. Onlar xüsusi dövlət müəssisəsini daşımırlar. Digər vətəndaşlar kimi, onlar da vətəndaş pasportuna malik olmalıdır”.

Qeyd edək ki, “Pasportlar haqqında” qanuna təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə mayın 16-da müzakirəyə çıxarılacaq.

Xəyalə Məmmədova / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR