Azərbaycanda 12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başlayıb

Azərbaycanda 12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başlayıb
10:22 11 May 2017
510 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Bu gün növbəti diaqnostik qiymətləndirməyə start verilib.
“Report”un məlumatına görə, qiymətləndirmə Qax Olimpiya İdman Kompleksində keçirilir.
5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək.
Diaqnostik qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanda-12-minden-cox-muellimin-diaqnostik-qiymetlendirilmesi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR